Ankara Baş Prokurorluğu bir sıra türk polisinin ölkə hakimiyyətinə qarşı sui-qəsd təşkil etməsi ilə bağlı məlumatı araşdırmağa başlayıb. 

"Unikal" xəbər verir ki,  bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. 

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hüquq-mühafizə orqanlarının yeni çevriliş cəhdi hazırlaması ilə bağlı xəbərdarlıq etdikdən sonra daha əvvəl kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə fövqəladə iclas keçirib.

“Hürriyet” yazır ki, bu məlumat hazırda Türkiyə Cinayət Məcəlləsinin hökumətə qarşı üsyana cəhd maddəsi ilə araşdırılır.

"Söhbət həm də rəsmi sirrin açılması, məhkəmə icraçısına, ekspertə və ya şahidə təsir cəhdləri ilə bağlı yazılardan gedir", - nəşr vurğulayıb.

Gülayə Mecid