Məşhur müğənni Cennifer Lopez və əri, aktyor Ben Afflek boşanırlar. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər var.

Bildirilir ki, aktyor bu yaxınlarda Cenniferdən ayrılıb.  

2021-ci ildə Cennifer Lopez ayrıldıqdan 18 il sonra Ben Affleklə yenidən bir araya gəlib. Ulduzlar rəsmi olaraq Venesiya Film Festivalının qırmızı xalçasında cütlük kimi debüt ediblər. 2022-ci ilin yazında Ben Afflek müğənniyə evlilik təklifi edərək, dəyəri beş milyon dollardan çox olan üzük verib. Həmin ilin iyulunda məşhurlar Las-Veqasda gizli mərasimlə evləniblər.