Respublikanın baş nazirinə sui-qəsddən sonra Slovakiya polisi məktəblərin, parlamentin yaxınlığındakı ərazilərin və media redaksiyalarının təhlükəsizliyinin səviyyəsini artırıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə respublika polisinin rəhbəri Lubomir Solak jurnalistlərlə görüşündə məlumat verib.
“Polis məktəblərdə, parlament binasının ətrafında, eləcə də media idarələrində təhlükəsizlik səviyyəsini artırıb”, - deyə o qeyd edib.
Nuranə Abbasova