"Spartak"ın futbolçusu Quincy Promes Dubayda həbsdən azad edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, idmançının həbs-qətimkan tədbiri sadəcə dəyişdirilib və o, zaminə buraxılıb. Onun Niderlandda ekstradisiyası məsələsi hələ də açıqdır.
Xatırladaq ki, fevralın 14-də Quincy Promes Niderland məhkəməsi tərəfindən narkotik qaçaqmalçılığı işi üzrə 6 il müddətinə azadlıqdan məhrum edilmiş, bundan sonra beynəlxalq axtarışa verilmişdi.