Misli Premyer Liqasının 35-ci turunda bu gün keçiriləcək "Qarabağ" - "Turan Tovuz" matçına qadın hakimlər də təyinat alıblar.
"Unikal" xəbər verir ki, matçın baş hakimi Cavid Cəlilova yan xətdə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Fəridə Lütfəliyeva isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.