"Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ermənistan Milli Assambleyasına məktub göndərmədi, Federal Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin mənə Ermənistanın iradəsi ilə bağlı məktub göndərib". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Sarqis Xandanyan deyib. 

"O, Ermənistan parlamenti spikerinin ifadə etdiyi və bunun Ermənistan vətəndaşlarının mövqeyinə uyğun olub-olmaması ilə bağlı fikirlərini soruşub. Mən bu suala cavab verməyi məntiqsiz hesab etdim, çünki Alen Simonyan Ermənistan parlamentini təmsil edərkən məzmunu da təmsil edir. Aydındır ki, ifadə olunan fikir ən azı hakim çoxluğun mövqeyini əks etdirir", - erməni deputat vurğulayıb.

Xandanyan cavab məktubunda Ermənistanın maraqlarını, ərazi bütövlüyünü və suverenliyini qorumaq baxımından hakimiyyətin hansı prinsipləri rəhbər tutduğunu qeyd edib: "Mən bir sıra rusiyalı parlamentarilərin ritorikasından narahatlığımı bildirdim ki, bu ritorika Ermənistan və Rusiya xalqlarının maraqlarına söykənmir, onlar əsrlər boyu dostluq münasibətləri ilə bağlıdırlar".

Xatırladaq ki, Rusiya tərəfi Alen Simonyanın Avropa İttifaqı parlamentləri sədrlərinin görüşü zamanı Ermənistanın Ukrayna, Moldova, Gürcüstan, Kipr və bütün digər ölkələrin ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatına narazılığını bildirib. 

Ağarza Elçinoğlu