Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi Rusiyanın hərəkətləri nəticəsində yaranıb. 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Sarqis Xandanyan deyib. 

Hakim partiyadan olan deputatın sözlərinə görə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi olsa belə, onları nə ölkənin hakim gücü, nə də hökuməti formalaşdırmır.

Xandanyan Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin Türkiyə ilə sərhəddə fəaliyyətinin müqavilə ilə tənzimlənməsi barədə fikirlərini təkrarlayıb: "Ermənistanın müqavilə ilə tənzimlənən nəyisə tələb etməsi məntiqsizdir. Heç bir xahiş yox idi. Rusiya qoşunlarının şifahi razılaşma əsasında yerləşdirildiyi qalan ərazilərdə isə Ermənistan artıq onların mövcudluğuna ehtiyac olmadığını elan edərək, onların çıxarılmasını təklif edib. Bu proses başlayıb".

Ağarza Elçinoğlu