Belarus Qarabağda 420 ailə üçün qəsəbə tikmək niyyətindədir. 

"Unikal" "BelTA"ya istinadən xəbər verir ki, bu barədə Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç Şuşada açıqlayıb. 

O, Belarusla Azərbaycanın bir neçə ildir tikinti sahəsində əməkdaşlıq etdiyini vurğulayıb: "İndi biz yeni ciddi addım barədə razılığa gəldik, Kənd Təsərrüfatı Nazirliyindən olan həmkarlarımızla birgə konkret qəsəbə planlaşdırdıq, çünki burada insanları təkcə münasib mənzillərlə deyil, həm də onların işləmək üçün münasib yerlərlə təmin etmək çox vacibdir". 

Kiçik şəhərcik Ağdam rayonunda salınacaq. Memarlıq məsələsində Belarus rəngi hiss olunacaq.

Ağarza Elçinoğlu