Mayın 17-də Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda keçirilən iclasında qəbul edilən qətnamədə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə toxunulub.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ərazi bütövlüyünün qarşılıqlı tanınması, suverenliyə hörmət, sərhədlərin bölünməzliyi və güc tətbiq edilməməsi prinsiplərinə əsaslanan sülh prosesinə tam dəstək ifadə olunub.
Sözügedən protokol üzv dövlətlər üçün məcburi hüquqi qüvvəyə malik olan “Reykyavik Bəyannaməsinin həyata keçirilməsi” məqsədi ilə “Dəyərlərimiz ətrafında birləşək” başlığı ilə qəbul edilən qərarın mətnində öz əksini tapıb.
Ağarza Elçinoğlu