"İran Prezidenti İbrahim Rəisinin, xarici işlər nazirinin və digər rəsmi şəxslərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən təşvişə salıb".
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Xilasedicilər hadisə yerinə çatmağa çalışarkən onların təhlükəsizliyi və qorunması üçün ümid edirik və dua edirik.
Azərbaycan dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır", - deyə məlumatda qeyd edilir.