Vladimir Tolstoy Rusiya prezidentinin müşaviri vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, müvafiq sərəncamı Rusiya lideri Vladimir Putin imzalayıb.

Xatırladaq ki, Vladimir Tolstoy prezidentin mədəniyyət üzrə müşaviri idi. O, bu vəzifəni 23 may 2012-ci ildən tutur.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Aleksandra Levitskayanı da müşaviri vəzifəsindən azad etmişdi. 

Gülayə Mecid