İranın mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahianın cənazəsi Həzrət Əbdül Əzim əl-Həsəninin hərəmində İmam Xomeyni eyvanında dəfn edilib.

"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. 

O, nazirliyin Maşax meydanında rəsmi şəxslərin və diplomatik xidmətin yüksək səviyyəli rəhbərlərinin iştirakı ilə mərasimindən sonra torpağa tapşırılıb. 

***09:55

İranın helikopter qəzasında həlak olmuş xarici işlər naziri Hüseyn Əmir Abdullahianın dəfn mərasimi başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. 

Dəfn mərasimi nazirliyin Məşax meydanında rəsmi şəxslər və diplomatik xidmətin yüksək səviyyəli müdirlərinin iştirakı ilə keçirilir.

Bu mərasimdən sonra mərhum XİN rəhbərinin cənazəsi Şah Əbdüləzim Hüsninin (ə) müqəddəs hərəminə təhvil verilərək orada dəfn ediləcək.

Ağarza Elçinoğlu