Rusiya və Yaponiya arasında nüvə silahlarının ləğvi sahəsində əməkdaşlıq haqqında saziş fəaliyyətini dayandırıb.

"Unikal" xəbər verir ki, 1993-cü il oktyabrın 13-də Tokioda imzalanmış sazişin məqsədi Moskvanın ikitərəfli və ya çoxtərəfli müqavilələrə, eləcə də birtərəfli qərarlarına uyğun olaraq azaltmalı olduğu nüvə silahlarının təhlükəsiz şəkildə məhv edilməsini asanlaşdırmaq idi.

Bu məqsədlə xüsusi komitə yaradılmışdı. Saziş çərçivəsində Moskva və Tokio bu cür qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərini müəyyənləşdirib, məlumat və tədqiqat nəticələri mübadiləsi aparır, konkret əməkdaşlıq proqramları hazırlayırdılar.