
Yeni təhsil naziri Mikayıl Cabbarov yeni əmrə imza atıb. Belə ki, uzun müddətdir ki, istefaya göndəriləcəyi gözlənilən TN-in aparat rəhbəri İlham Pirməmmədov vəzifəsindən azad edilib. “Unikal.org”-a daxil olan məlumata görə bu dəqiqələrdə onun əmri elan edilib və hazırda o əşyalarını toplayır.
***
Qeyd edək ki, İlham Pirməmmədovun yerinə Ceyhun Bayramov təyin edilib.