İspaniya La Liqasında məşqçi dəyişikliyi reallaşıb.

"Unikal" xəbər verir ki, "Osasuna" Visente Morenonu baş məşqçi təyin edib. 

49 yaşlı Moreno sonuncu dəfə Əndəlus təmsilçisi "Almeria"da çalışıb və burada ötən ilin sentyabrında ardıcıl 7 matçda qələbə qazanmadıqdan sonra qovulub. 

"Osasuna"nın əvvəlki baş məşqçisi altı mövsüm klubda çalışmış, Pamplona komandasını La Liqaya qaytaran və 2022/23 mövsümündə Kral Kubokunun finalına çıxaran Haqoba Arrasate idi. Gələn mövsüm Arrasate "Malyorka"nın baş məşqçisi olacaq.