"Çakallarla dans" filminin 7-ci bölümü üçün hazırlıqlara başlanılıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Şevket Çoruh, İlkər Ayrık, Timur Acar, Murat Akkoyunlu, Didem Balçın rol alacaq.

Layihənin çəkilişinə yayın ortalarında başlanılacaq.

Qeyd edək ki, "Çakallarla dans 6" filmi kinoteatrlardan 50 milyon 946 min lirə gəlir toplamışdı.