Norveçli futbolçu Coşua Kinq “Fənərbaxça”dan ayrılıb.
"Unikal" xəbər verir ki, hücumçu sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
İstanbul klubu ilə müqaviləsi başa çatan hücumçu "Fənərbaxça" və azarkeşlərlə vidalaşıb.
Qeyd edək ki, Kinq 2022-ci ilin yayından “Fənərbaxça”da çıxış edirdi.