Futbol üzrə Belçika millisinin bu yay Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
"Unikal" xəbər verir ki, baş məşqçi Domeniko Tedesko 25 oyunçunun xidmətindən yararlanacaq.
Qapıçılar: Koen Kastels ("Volfsburq", Almaniya), Tomas Kaminski ("Luton Tovn", İngiltərə), Natz Sels ("Nottinqem Forest", İngiltərə).
Müdafiəçilər: Timoti Kastan ("Fulhem", İngiltərə), Maksim De Kuyper ("Brügge", Belçika), Vut Faes ("Lester", İngiltərə), Tomas Mene ("Trabzonspor", Türkiyə), Artur Teate ("Renn", Fransa), Yan Vertonqen, Zeno Debast (hər ikisi "Anderlext"), Aksel Vitsel ("Atletiko" Madrid, İspaniya).
Yarımmüdafiəçilər: Kevin De Bryune ("Mançester Siti", İngiltərə), Orel Manqala ("Lion", Fransa), Amadu Onana ("Everton", İngiltərə), Yuri Tilemans ("Aston Villa", İngiltərə), Artur Vermeren ("Atletiko" Madrid, İspaniya).
Hücumçular: Yohan Bakoyoko (PSV, Niderland), Yannik Karrasko ("Atletiko", Madrid, İspaniya), Karles De Keteler ("Atalanta", İtaliya), Ceremi Doku ("Mançester Siti", İngiltərə), Romelu Lukaku ("Roma", İtaliya), Dodi Lukobakio ("Sevilya", İspaniya), Leandro Reossar ("Arsenal", İngiltərə).
Qeyd edək ki, AÇ-2024 14 iyun - 14 iyul aralığında baş tutacaq. Turnirin qarşılaşmaları Almaniyanın 10 şəhərində reallaşacaq. E qrupunda yer alan Belçika yığması Rumıniya, Slovakiya və Ukrayna milliləri ilə qarşılaşacaq.