Ermənistandan müharibə xəbəri
22:30 31-05-2013
CƏMİYYƏT
Ermənistandan müharibə xəbəri
Yeni siyasi blef başladı
Son günlər Dağlıq qarabağ ətrafında ciddi müzakirələr getməkdədir. Bir tərəfdən Rusiya kifayət qədər aktivləşib, digər tərəfdən isə ABŞ prosesləri nəzarətinə götürməyə çalışır. Əsas reallıq isə budur ki, Ermənistan Rusiya tərəfindən sürətlə silahlandırılır. Və ekspertlər hesab edirdi ki, bu silahlandırma regionda münaqişənin yenidən qızışdırılmasına yönəldilib.
Artrıq bunun bəzi simptomları da görünməyə başlayıb. Ermənistanın müdafiə naziri maraqlı və təəccüblü bir bəyanatla çıxış edib. “Azərbaycanın Müdafiə Nazirliyi ciddi şəkildə müharibəyə hazırlaşır”. Bu sözləri Ermənistan Müdafiə naziri Seyran Ohanyan deyib. Onun sözlərinə görə, hazırki mərhələdə Ermənistan Silahlı Qüvvələrinin tərkibi və mövcud silahlandırılmalar Azərbaycanın mümkün təcavüzünün qarşısını almağa kifayət edir. Bununla yanaşı erməni nazir qeyd edib ki, Azərbaycanın hərbi xərclərinin artması erməni tərəfini narahat edir. Ohanyanın qiymətləndirməsinə görə, müdafiə sahəsinə xərclənən vəsait Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlarda sadəcə üstünlük əldə etmək çərçivəsindən artıq çıxır. Bu sübut edir ki, Azərbaycanın Müdafiə Nazirliyi ciddi şəkildə müharibəyə hazırlaşır:“Biz bundan xəbərdarıq və situasiyanı diqqətlə izləyirik. Biz, əlbəttə tam silahlandırma yarışına qatılmırıq, lakin öz müdafiə imkanlarımızı inkişaf etdirərək geri də qalmırıq”.Ohanyan həmçinin bildirib ki, büdcədən hərbi sahəyə daha çox vəsait ayrılması pis olmazdı: “Biz hər qəpiyin xərclənməsinə böyük diqqət ayırırıq. Müasir silahların əldə edilməsi prosesindən geri qalmamaq üçün başqa maliyyə mənbələri tapırıq”. Maraqlıdır,bəs bu bəyanatın arxasında nə dayanır? Hərbi ekspertlər bildirir ki, Ermənistanlı nazirin açıqlamasını təhlil etmədən öncə bir suala cavab tapılmalıdır ki, bu gün regionda müharibə kimə sərf edir? Sözsüz ki, ilk növbədə Rusiyaya. Çünki Rusiya hər gün Qafqazda dayaqlarını itirir və Rusiyaya belə bir münaqişə lazımdır ki, ordusunu bölgəyə yerləşdirsin. Buna görə də Rusiya silahlandırılır və yaxın zamanlarda Rusiya Ermənistandan münaqişəyə başlamağı tələb edəcək. Elə nazirin verdiyi açıqlamada buna bariz nümunədir. Belə ki, nazir regionda müharibə ovqatı yaradır və sabah hansısa təxribat törətməklə münaqişəni alovlandırmaq istəyirlər. Bunu isə ona görə bir başa etmirlər ki, münaqişəni başlayan tərəf beynəlxalq qınağa tuş gələcək. Bu səbəbdən də hazırda belə manevrlər edilir. Hərbi ekspertlər bunu da bildirir ki, Azərbaycan bu məsələdə həssas olmalı və müharibənin başlanmasına imkan verməməlidir. Nəyə görə? İlk növbədə ona görə ki, prezident İlham Əliyevin dediyi kimi Azərbaycanın Ermənistanla bağlı siyasəti özünü doğruldur və əlavə addımlara ehtiyac yoxdur. Belə ki, prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan bütün gücünü səfərbər edərək Ermənistanın iri layihələrdə iştirakının qarşısını almalıdır. Bu isə özlüyündə Ermənistanı təcrid duruma salacaq. Həqiqətən də son 10 il ərzində aparılan siyasət bunu təsdiqlədi və hazırda Ermənistan tam təcrid olunmuş durumdadır. Bu biri tərəfdən isə Ermənistanın sıx əməkdaşlıq etdiyi İranda çıxılmaz durumdadır və bu ölkəyə tətbiq olunan embarqolardan sonra Ermənistanla əlaqələri kifayət qədər zəifləyib.Bu isə Ermənistanı daha da çıxılmaz duruma salır. Nəticədə bu gün Ermənistan əhalisinin 30 faizi ölkəni tərk edib. Ekspertlər hesab edir ki, Azərbaycan bu şəkildə siyasətini o zamana qədər davam etdirməlidir ki, sonda Ermənistan danışıqlar masası arxasında əyləşsin. Buna görə də hesab edilir ki, heç bir halda müharibəyə getmək olmaz.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00