Goranboyda 66 yaşlı kişi intihar edib.
"Unikal" xəbər verir ki, hadisə Goranboyun Dəlməmmədli şəhərinin Tofiq Əkbərov küçəsində qeydə alınıb.
Sözügedən küçədə yaşayan 1958-ci il təvəllüdlü Xasay Əmrahov yaşadığı evdə özünü asıb. Onun meyti yaxınları tərəfindən aşkarlanıb.
66 yaşlı X. Əmrahov əlil olub, onun hər iki aşağı ətrafı olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov