Türkiyədə yaşananlar Azərbaycanda təkrarlana bilərmi?
20:02 04-06-2013
CƏMİYYƏT
Türkiyədə yaşananlar Azərbaycanda təkrarlana bilərmi?
Kənar güclər aktivləşdi
Son günlər Milli Şura mövzusunun kifayət qədər aktuallaşması deyəsən həm də yeni siyasi mühit formalaşdırır. Ekspertlərin də düşündüyü kimi son zamanlar ümumiyyətlə regionda siyasi ab-hava dəyişir və bunun üçün ən xırda detal bəzən yetərli olur. Məsələn, artıq bir neçə gündür ki, nisbətən sakit siyasi mühitə sahib olan Türkiyədə durum kifayət qədər gərginləşib.
Belə ki, İstambuldakı Taksim meydanında ağacların kəsilərək yerində mədəniyyət mərkəzi tikməyə çalışan hökümətə qarşı ciddi təpki göstərildi və hazırda durum kifayət qədər ağır olaraq qalır. “Amnistiy İnternetional “ təşkilatının da yaydığı hesabatda göstərilir ki, Türkiyədəki aksiyalarda polisin çox qüvvə tətbiq etməsi və sərt davranışı nəticəsində 2 nəfərin ölüb, 1000 nəfərin isə yaralanıb. Təşkilat indiyə qədər həbs edilən 49 nəfərin onlara şikayət ərizəsi yazdığını da açıqlayıb.İstanbuldakı aksiyaya dəstək üçün Ankaranın mərkəzi parklarına toplaşanlara da polis sərt müdaxilə edib.Hazırda isə Türkiyənin demək olar ki, hər yerində bir etiraz yürüşü keçirir. Müşahidəçilər hesab edir ki, bu aksiyalar təsadüfdən yaranmayıb və bunların arxasında ciddi kənar qüvvələr var. Maraqlıdır, belə gözlənilməz proseslər Azərbaycanda da təkrarlana bilərmi? Analitiklər hesab edir ki, bu gün Azərbaycanda siyasi prosesləri gərginləşdirməyə çalışan kifayət qədər kənar xarici qüvvələr var və onların içində hələ ki, diqqəti cəlb edəni Rusiyadır. Məhz Rusiyanın dəstəyi ilə bir neçə ayın içində Moskvada “Milyarderlər İttifaqı”, Bakıda isə Milli Şura yaradıldı. Güman edilir ki, ölkədə prezident seçkiləri yaxınlaşdıqca bu qüvvələrdə aktivləşəcək və çalışılacaq ki, daha çox aqressiya nümayiş etdirilsin. “Azərbaycan müxalifətinin son vaxtlar atdığı addımlarda müəyyən xarici qüvvələrin rolunun olması ilə bağlı deyilən fikirlərdə müəyyən həqiqətə yaxın məqamlar var. Mən müşahidə edirəm ki, Azərbaycan müxalifəti Azərbaycan xalqının dəstəyinə deyil, xarici dəstəklərə söykənir və öz dəstəyini də xaricdən axtarır”.Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, müxalifət Azərbaycana xarici müdaxilələrin olmasını istəyir: “Bunu hər zaman arzulayıblar. Gözləyirlər ki, hansısa “X” günündə xarici qüvvələr Azərbaycana daxil olacaq, onlar da bundan istifadə edib hakimiyyətə gələcək. Bu istiqamətdə indi də arzuları var. Sovet imperiyasının iyini verən hansısa şuralar yaradırlar. Amma biz belə şuralar, palatalar, “birliklər” çox görmüşük. Xalqın dəstəyini qazanmayan heç bir qurum qalib gələ bilməyəcək. Onların fəaliyyəti qanunların tələbini aşacaqsa, qarşılarında Azərbaycan dövlətini görəcəklər”.Gördüyünüz kimi, Azərbaycan rəsmisi də belə qüvvələrin mövcudluğunu bəyan edir və yəqin ki, ortada kifayət qədər ciddi arqumentlər var. O ki, qaldı Türkiyədə yaşananların Azərbaycanda da təkrarlanmasına, ekspertlər hesab edir ki, kənar qüvvələrin təsiri ilə belə addımlar atıla bilinər. Belə ki, bir müddət öncə Quba, İsmayıllı nümunələrini yaşadıq və aydın oldu ki, hansısa qüvvələrin təsiri ilə cəmiyyətdə ajiotaj yaratmaq mümkündür. Bunu da qeyd edək ki, qarşıdan prezident seçkiləri gəlir və siyasi aktivlik istər-istəməz artacaq. Belə olan vəziyyətdə isə kənar güclər hansısa addımı ata bilər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 20:53:11
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34