Küveytin cənubundakı Manqaf şəhərində işçilərin qaldığı binada səhər saatlarında güclü yanğın baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 35 nəfəryanaraq ölüb.
General-mayor Eid Rashed Hamad bildirib ki, insident barədə yerli vaxtla səhər saat 6:00-da səlahiyyətlilərə məlumat verilib:
"Yanğının baş verdiyi binada işçilərin məskunlaşması üçün istifadə olunub və orada çoxlu işçi var idi. Onlarla insan xilas edilib, lakin təəssüf ki, yanğından tüstünün udulması nəticəsində çoxlu ölüm baş verib".
Həməd açıqlamasında bir çox işçinin binada uyğun olmayan şəraitdə yerləşdirildiyinə diqqət çəkib, lakin işçilərin peşələri və gəldikləri ölkələrlə bağlı heç bir məlumat paylaşmayıb.
Küveytin səhiyyə nazirliyi yanğın nəticəsində təxminən 43 nəfərin xəstəxanaya yerləşdirildiyini və onlardan 4 nəfərin öldüyünü açıqlayıb. Dörd ölümün polisin bildirdiyi 35-ə əlavə olub-olmadığı hələ aydın deyil.
Səlahiyyətlilər yanğının nəzarət altına alındığını və yanğının səbəbinin araşdırıldığını bildiriblər.