Küveytin cənubunda asiyalı fəhlələrin yaşadıqları yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 49-a çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Küveyt Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlik qeyd edib ki, təxminən 200 nəfərin yaşadığı 6 mərtəbəli binada yanğın iyunun 12-də səhər saatlarında baş verib. Yanğın qaz balonlarının yerləşdiyi birinci mərtəbədən başlayıb.