Ucarda 54 yaşlı qadın əri tərəfindən döyülüb.

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində, Gənclik küçəsində baş verib. Ailə münaqişəsi zəmnində 1970-ci il təvəllüdlü Mikayılova Şəhla Nadir qızı həyat yoldaşı tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Döyülən qadın xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov