Prezidentliyə namizədlərin sayı artır
20:05 04-06-2013
CƏMİYYƏT
Prezidentliyə namizədlərin sayı artır
Müxalifətin səsi parçalanacaq
Artıq prezidentliyə namizədlərin sayı artmağa başlayıb. Öncədən də proqnozlaşdırılırdı ki, bu seçkilər kifayət qədər ağır olacaq və prezidentliyə namizədlərin sayı çox olacaq. Məhz bundan narahat olan müxalifətdəkilər uzun müddət çalışdılar ki, seçkilərə vahid namizədlə getsinlər və səsləri parçalanmasın.
Amma göstərilən çabalar hələ ki, heç bir effekt vermir və prezidentliyə namizədlərin sayı artır. İndi isə yeni bir namizəddə bu siyahıya qatıldı. Söhbət BAXCP sədri Qüdrət Həsənquliyevdən gedir. Partiyanın qurultayı keçirildi və o, prezidentliyə namizəd oldu. Maraqlıdır, Qüdrət Həsənquliyevin bu seçkilərə təsiri hansı həddə olacaq? Gəlin öncə Qurultayda hesabatla çıxışı edən BAXCP sədri Qüdrət Həsənquliyevin yanaşmasına diqqət ayıraq. O bildirib ki, BAXCP növbəti prezident seçkilərinə “Dördüncü respublika” şüarı ilə gedir. Partiyanın seçki platformasında ölkənin parlamentli respublika üsul idarəsinə keçməsi prinsipi əks olunub.Dağlıq Qarabağ münaqişəsindən danışan partiya sədri problemin həlli istiqamətində irəliləyiş olmadığını, danışıqların dalana dirəndiyini deyib: “BAXCP Azərbaycanın Qərbə inteqrasiyasını, Qərb dəyərlərinin mənimsənilməsini üstün tutsa da, fəaliyyət istiqamətimizin prioriteti Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını ön plana çəkən dövlətlərlə yaxın olmaqdır”.Partiya sədri deyib ki, Dağlıq Qarabağın statusu haqqında qərar qəbul olunmalı və xalq diplomatiyası vasitəsilə Ermənistanla qurulan ikitərəfli əlaqələrin yenidən bərpası qadağan olunmalıdır: “Təcrübə göstərir ki, bu cür yolla torpaq azad olunmur. İndiki gedişat Ermənistanın maraqlarına cavab verir”.Partiya sədri deyib ki, onlar münaqişənin sülh yolu ilə həllinin olmadığını düşünürlər: “Görün, vəziyyət nə yerdədir ki, Ermənistanın havadarları Azərbaycana ciddi təzyiq edirlər ki, niyə hərbi büdcəni artırırsınız”.Qüdrət Həsənquliyev hesab edir ki, ölkədə milli birliyə və barışığa nail olmaq üçün islahatlara ehtiyac var: “ Ölkədə xarici faktorların təkidi ilə hakimiyyətin dəyişməsi müstəqilliyə yox, suverenliyin itirilməsinə gətirib çıxara bilər. Buna görə də bizim üzvlərimiz də ayıq – sayıq olmalı, yerlərdə ölkənin müstəqilliyinə təhlükə olan qüvvələrə qarşı qəti mövqe nümayiş etdirməlidirlər. Yalnız hakimiyyət dəyişikliyi naminə Azərbaycanın müstəqilliyi üçün daim təhdid olan dövlətlərin birbaşa təsirində olan qüvvələrin siyasi aktivliyinə imkan vermək olmaz”. Gördüyünüz kimi , partiya sədrinin mövqeyi kifayət qədər loyaldır və prezident seçkilərində o hakimiyyətə qarşı açıq mübarizəyə qatılmayacaq. Çünki özünün də dediyi kimi prinsipial olaraq hakimiyyətin yürütdüyü siyasətin tərəfdarıdır, sadəcə olaraq hakimiyyəti bir sıra islahatları həyata keçirtməyə çağırır. Ekspertlər hesab edir ki, Qüdrət Həsənquliyev bu seçkilərdə əsasən ənənəvi müxalifətlə üz-üzə gələcək. Bunu da qeyd edək ki, artıq bir neçə ildir ki, BAXCP ilə AXCP arasında ciddi konfliktlər yaşanır və hesab etmək olar ki, bu seçkilərdə də Qüdrət Həsənquliyevlə Əli Kərimli üz-üzə gələcək. Bu partiyanın seçkilərə təsiri məsələsinə gəldikdə isə analitiklər hesab edir ki, Qüdrət Həsənquliyev prezidentliyə namizəd olmaqla ən azından müxalifətin səsini parçalaya biləcək. Hakimiyyətlə münasibətlərə gəldikdə isə hesab edilir ki, bu gün müxalifət ümumilikdə hakimiyyətə alternativ olma gücündə deyil və bu səbəbdən də hansısa sensasion nəticə gözləməyə dəyməz. Sonda bunu da nəzərinizə çatdıraq ki, indiyə qədər müxalifət düşərgəsindən İsa Qəmbər, İqbal Ağazadə və İlqar Məmmədov prezidentliyə namizəd olduqlarını bəyan etmişdilər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00