Belarus prezidenti Aleksandr Lukaşenko İrəvandan üzr istəməsə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edə bilər.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan həmçinin bildirib ki, Lukaşenko Belarusun prezidenti olduğu halda o, Belarusa səfər etməkdən imtina edir. Onun sözlərinə görə, eyni şey Ermənistanın digər rəsmi və siyasətçilərinə də aiddir: "Bu andan etibarən Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək. KTMT rəhbərlərindən biri bəyan edir ki, o, 44 günlük müharibənin hazırlanmasında iştirak edib, Azərbaycanın qələbəsini ruhlandırıb, inanıb və arzulayıb. Bundan sonra gedib Belarus prezidenti ilə KTMT formatında oturub məsələni müzakirə edim? Ləyaqətdən, prinsiplərdən danışan siz deyilsiniz? Aİİ-də, KTMT-də hansısa formada buna məcbur olacağım vəziyyət var. KTMT ilə bağlı nəsə dəyişə bilərmi? Nəzəri olaraq, bəli, əgər Belarus KTMT-dən çıxmaq qərarına gəlsə və ya Belarus prezidenti Ermənistan xalqına başa düşülən və məqbul olan üzrxahlıq və izahat sözləri desə".
Gülayə Mecid