Azərbaycanla yəhüdi lobbisi bir arada
20:06 04-06-2013
CƏMİYYƏT
Azərbaycanla yəhüdi lobbisi bir arada
Yeni siyasi düzən yaranır
Son zamanlar Azərbaycanın xarici siyasəti diqqət mərkəzinə gəlib və bir sıra maraqlı proseslər baş verir. Bu gün artıq açıq şəkildə İran və Rusiya Azərbaycanda baş verən proseslərə müdaxilə etməyə çalışır və demək olar ki, bəzi hallarda buna nail də olurlar.
Elə son bir ay ərzində İranın heç bir açıqlama vermədən azərbaycanlı alimi həbs etməsi, Rusiyanın “Milyarderlər İttifaq”ı yaradaraq Azərbaycanda siyasi proseslərə müdaxilə etmələri buna əyani misaldır. Bununla yanaşı bir ildir ki, Azərbaycanla Almaniya arasında da müəyyən problemlər yaşanır və əksər analitik hesab edir ki, bu məsələdə erməni lobbisinin ciddi rolu var. Xarici siyasətdə yaranan bu problemlərlə yanaşı maraqlı başqa gəlişmələrdə müşahidə olunur. Belə ki, ötən illərlə müqayisədə bu il Azərbaycanın ABŞ və İsraillə münasibətləri daha doğmalaşıb və İsraillə bu məsələdə ciddi razılaşmalar əldə edilib. Tək bunu demək kifayətdir ki, ötən il Azərbaycan İsraillə 1,5 milyard dollarlıq hərbi müqavilə imzaladı. Bundan başqa Azərbaycanın baş diplomatı Elmar Məmmədyarov İsrailə getdi və bir sıra mühüm addımlar atıldı. İndi isə Azərbaycan daha mühüm və ciddi bir toplantıya qatılıb. Belə ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda AJC Global Forum yəhudi lobbisi forumunun açılış mərasimində iştirak edib. XİN başçısı iştirakçılara ölkəmizin enerji resurslarının təminatçısı kimi həlledici rolu və Azərbaycanla İsraili birləşdirən sıx əlaqələr barədə məlumatlandırıb.Nazir qeyd edib ki, Azərbaycan və İsraili diplomatik münasibətlərin sərhədlərini aşan sıx dostluq münasibətləri birləşdirir. Onun sözlərinə görə, əhalisinin böyük əksəriyyəti müsəlmanlar olan Azərbaycan tarixində antisemitizm olmayıb və ölkəmiz bu gün 35 minə yaxın yəhudinin doğma vətənidir. Nazir bu yaxınlarda İsrailə ilk rəsmi səfər etdiyini, səfər çərçivəsində Fələstinə də getdiyini xatırladıb. Elmar Məmmədyarov təklif edib ki, müsəlman, xristian və yəhudilərin dinc birgə yaşamasına dair Azərbaycan təcrübəsi İsrail və Fələstin arasında sülhün bərqərar olmasına yardım üçün “beynəlxalq körpü” rolunu oynasın. Qeyd edək ki, AJC Global Forum adlanan tədbir hər il ABŞ-ın yəhudi lobbisi tərəfindən keçirilir. Tədbirdə dünyanın 60-dan çox ölkəsindən nümayəndələri iştirak edirlər. Bu il forum iştirakçıları plenar sessiyalar çərçivəsində “ərəb baharı”nın nəticələrini, immiqrasiya, inteqrasiya və uyğunlaşma məsələlərini müzakirə edəcəklər.Forumun açılış mərasimində Polşanın xarici işlər naziri Radoslav Sikorski, Çexiya xarici siyasət idarəsinin rəhbəri Karel Şvartsenberq iştirak ediblər. ABŞ-ın dövlət katibi Con Kerrinin də forumda çıxışı gözlənilir.Ekspertlər hesab edir ki, Azərbaycanın belə bir toplantıya dəvət olunması kifayət qədər ciddi məsələdir və bunun fəsadları ilə yanaşı,həm də uğurları olacaq. Belə ki, Azərbaycanın belə bir toplantıya qatılması İran tərəfindən qıcıqla qarşılanacaq və demək olar ki, iki ölkə münasibətlərində gərginlik daha da artacaq. Bununla paralel olaraq həm də yəhüdi lobbisinin dəstəyini qazanmış olacağıq. Qeyd edək ki, İsrail-Türkiyə münasibətləri gərginləşəndən sonra yəhüdi lobbisi Azərbaycanla da bir az məsafəli əlaqə yaratmışdı.İndi isə bu proses həllini tapır və Azərbaycan yenidən yəhüdi lobbisinin dəstəyini qazana bilər. Bunu da vurğulayaq ki, yəhüdi lobbisinin ABŞ-da da ciddi təsiri var və hesab etmək olar ki, prezident seçkiləri öncəsi bunun kifayət qədər təsiri olacaq.
Fuad
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00