Boşanmanın uşaqların psixikasına təsiri
20:08 04-06-2013
CƏMİYYƏT
Boşanmanın uşaqların psixikasına təsiri
Bildiyimiz kimi boşanmaların sayı sürətlə artır və bunun başlıca səbəblərindən birini də sosial qınağın azalmasıdır. Boşanmanın səbəbləri çox ola bilər. Həmçnin nigahın pozulması uşaqların psixikasina təsir göstərir və biz bu yazıda təsirin nə dərəcədə mənfi olduğunu açıqlamağa çalışacağıq.
Bir çox mənbələrdə valideyinlərin boşanmadan öncəki və sonrakı qalmaqalları uşaqlara necə mənfi təsir göstərdiyini belə bir statistikada görə bilərik: 37,7 % uşaqda irəliləyiş azalır; 19,6 % evdə intizam azalır; 17,4 % xüsusi diqqəti tələb edirlər; 8,7 % evdən qaçırlar; 6,5 % dostlarla münaqişələr yaranır.
Tədqiqatların nəticələri həmçinin şahidlik edir ki, natamam ailələrdən uşaqlar, artıq böyük insan olaraq, əks cinslərlə münasibətlərin qurulmasında çətinliklər yaşayırlar.
Həkimlər iddia edirlər ki, hər beşinci nevrozla xəstə uşaq , uşaqlıqda atayla ayrılıq yaşayıb. Bir daha görürük ki, valideyinin birindən ayrılıq nə dərəcədə uşağın psixikasına təsir göstərir. Çox uşaqlar bu halda özünü günahlandırırlar.Həm də aydın olur ki, nigahın pozulması oğlan uşaqlarına daha çox mənfi təsir göstərir nəinki qız uşaqlarına.
Uşaqlarda nigahın pozulmasından stressin nəticələri:
1. Gündəlik həyatda onların uyğunlaşmasının pozulması;
2. Sevgi və sədaqət haqqında təsəvvürlərin dəyişilməsi.
Yaşdan asılı olaraq valideynlərin boşanması uşaqlarda cürbəcür yaşanır.
Boşanmanın altı yaşdan on iki yaşına qədər uşaqlara təsiri
Uşaqlar nəylə rastlaşırlarsa hər şeyi süngər kimi canına çəkirlər. Baxmayaraq ki, valideyinlər düşunurlər ki, guya onlar heç nə anlamırlar, əslində usaqlar ətraflarında bütün olanları yadda saxlayırlar, və sonra alınmış təcrübəni istifadə edirlər. Bu yaşda, uşaqlar özünü öz valideyinləriylə yüksək dərəcədə eyniləşdirirlər, onları əhatə edən şəxsin (ATA-ANA) cinsi-modelin və davranışın qurulması üçün ideallar kimi görürlər. Hər bir ailədə yaranmış qaydalar və qadağalar olur. Bəzi qadağalar valideyinlər tərəfindən məhs uşaqlar üçün qoyulur. Məsələn, aldatmaq olmaz, ailədə dalaşmaq olmaz. Əgər valideyinlər ailənin yaranmış qaydalarını pozurlarsa, uşaqlar özünü aldadılmış hiss edirlər. Nə vaxt ki, valideyinlər dalaşmağa başlayırlar və ailə dağılma vəziyyətindədir, uşaqlar valideyinlərdən birini digərindən pis və günahkar hesab edirlər. Hərçənd bu yaşda uşaqlar ümid edirlər ki, əgər valideyinlər həqiqətən onları sevirlərsə onlar birlikdə qalacaqlar.
Yeniyetmələrin psixoloji vəziyyətinə boşanmanın təsiri.
Uşaqlar üçün – boşanma bir qəzadır, təhlükəsizliyin və sevginin itməsidir. Kiçik yaşda olan uşaqlardan daha çox yeniyetmələri valideynlərin boşanması kəskin narahat edir. Yeniyetmələrdə valideyinlərin boşanmasına bəzi reaksiyalar bunlar ola bilər: onların qoyduqları şərtlərə qarşı narazıçılıq, qiyam, məktəbdə eləcədə valideyinlərin özlərinə qarşı sərt davranışlar.
Yeniyetmələr valideyinlərin boşanmasını digər yaş dovürləri ilə müqayisədə daha gərgin keçirirlər, onları idarə etmək çətin olur, təcavüzkar olurlar, müstəqillik halını əldən verirlər passivləşirlər və həyəcanlılıq onlarda artmağa başlayır, öz uzərlərində nəzarəti itirirlər, isterikaları çoxalır, ağlayırlar, yuxusuzluqdan əzab çəkirlər, intiharın cəhdləri olur və ya daimi tək öz yaşıdları ilə əlaqədə olurlar.
Valideyinlərin boşanmasının təsiri yeniyetmənin şəxsi ailəsində və gələcək davranışına təsir göstərə bilər. Boşanmış ailədə böyüyən yeniyetmələr ailə qurduqdan sonra boşanmaları daha çox olur nəinki “sağlam” ailədə boyüyən uşaqların. Bu nəticə belə izah oluna bilər ki, onlarda ər-arvad vəzifələriylə bağlı məsuliyyətin hissi aşağı səviyyədə ola bilər.
Tövsiyyə:
- Valideyinlərdən biri digər tərəf haqqında uşağın yanında mənfi söhbətlər etməməlidirlər, çünki bir zaman doğma insan bir müddətdən sonra yad insana çevrildisə demək məndə bir zaman valideyinlərim üçün yad ola bilərəm.
- Uşağın yanında valideyinlərin bir-birləri ilə yüksək tonda danışmasını tövssiyə etmirik. Çünki uşağın psixikasına mənfi təsir göstərir.
- Uşağa qarşı təzyiqi yüksək miqdarda göstərmək olmaz
- ünsiyyət qurduğu insanların əhatəsini genişləndirmək lazımdır. Məsələn hansısa seksiyalara yazmaq, müxtəlif məşğələlərə cəlb etmək tövsiyyə olunur.
- Boşanma vaxtı uşağın anlamasına imkan vermək çox əhəmiyyətlidir ki, valideyinlərdən heç biri onu atmadı.
- Uşağı dəstəkləmək gərəkdir. Daim onunla ünsiyyətdə olmaq və uşağa göstərmək lazımdır ki, o sevimlidir, əhəmiyyətlidir amma biz bir ailə kimi davam edə bilmirik müyyən səbəblər var hansılar ki, usağa aidiyyatı yoxdur.
- Çox əhəmiyyətlidir ki, uşaq sərtləşməsin, özünə qapanmasın, anaya və ataya inamı itirməsin, bilsin ki, onu sevirlər və o heç nədə günahkar deyil. Uşaq özünü emosional tərk edilmiş hiss etməməlidir. Uşağı ələ almaq, və ona vaxtı, diqqəti və öz sevgisini ayırmaq vacibdir
- Uşağınızın məhs sizi seçməsi üçün manipulyasiya etməyin.
- Səfərlərin və uşağa baş çəkmələrin dəqiq qrafiki olması çox əhəmiyyətlidir.
- Bu çətin dövrdə uşağa daha çox qohumlarla və dostlarla ünsiyyət saxlamaq lazımdır. Yeniyetmələrə isə töfsiyyə edərdik ki, həm yaşıdları ilə aktiv həyat tərzini aparmağa çalışsın , beləliklə, özünü xoşagəlməz fikirlərdən azad edərək, öz- özünə qiymətini artıraraq həyata və valideyinlərinə yenidən sevgi dolu bağlansın.
Nəticə:
Uşaqlara boşanmanın təsirini qabaqcadan görmək çox çətindir, çünki bütün uşaqlar müxtəlifdir. Ancaq qəbul etmək lazımdır ki, uşaq özünü valideyinlərin problemlərində günahkar və birdən dəyişmiş həyata qorxu hiss etməməlidir. Boşanmadan dərhal sonra gözləməyin ki, uşaq anlayacaq və əvvəlki kimi olacaq , ona yaranmış vəziyyəti anlamaq və ona öyrəşmək vaxtını verin. Boşanarkən və ya boşanmaq ərəfəsində olarkən anlamaq lazımdır ki, uşaq hər iki valideyin üçün darıxacaq, buna görə bir biri haqqında pis sözlərdən çəkinmək lazımdır, çünki bu uşağı yaralaya bilər. Yadda saxlayın ki digər valideyinə yaxşı münasibət uşaqların əmin-amanlığı üçün əhəmiyyətlidir ki, hər iki valideyin onların həyatında mühüm rol oynamağa davam edir.Buna görə valideyinlər öz üzərində birgə işləməlidir, uşaqlarına vurulmuş boşanmanın ziyanını azaltmaq üçün. Sonda qeyd edək ki güclü valideyinin güclü övladı olur.
Psixoloq-Trener Günel Paşayeva
[email protected]
Digər Xəbərlər
2024-12-28 15:59:00
2024-12-28 15:56:23
2024-12-28 15:49:24
2024-12-28 15:31:12
2024-12-28 15:28:26
2024-12-28 15:10:46
2024-12-28 15:03:03
2024-12-28 14:54:15
2024-12-28 14:48:10
2024-12-28 14:35:35
2024-12-28 14:00:04
2024-12-28 13:35:03
2024-12-28 13:32:34
2024-12-28 13:24:18
2024-12-28 13:18:35
2024-12-28 12:42:32
2024-12-28 12:41:00
2024-12-28 12:17:49
2024-12-28 12:15:07