İranın Mazandaran əyalətinin Çalus və Ərdəbil vilayətinin Meşginşəhr şəhərində leysan yağışları nəticəsində çaylar daşıb. 

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Daşqınlarda bir neçə vətəndaşın itkin düşdüyü deyilir. 

Mazandaran əyalətinin Qızıl Aypara Cəmiyyətinin baş direktoru Qulam Əli Fəxari Çalus yolunda daşqın nəticəsində 16 nəfərin qəzaya uğradığını, onlardan 12-nin təhlükəsiz ərazilərə, dördünün isə tibb mərkəzlərinə aparıldığını bildirib.

Onun sözlərinə görə, daşqın zamanı üç nəfər itkin düşüb, onların və digər itkin düşmüş şəxslərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Ağarza Elçinoğlu