Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. 

DİN-dən "Unikal"a bildirilib ki, qətllə bağlı araşdırma aparılır.

***

14 iyun, 22:09

İyunun 14-də Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.