Aprel ayında keçirdiyi qəzada qabırğası qırılan və ağır əməliyyat keçirən türkiyəli aktrisa Ahu Tuğba yenidən xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə aktrisanın qızı Anjelik sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, Ahu Tuğbanın halı ötən gün yenidən pisləşib və xəstəxanaya aparılıb. Tuğbanın vəziyyətinin ağır olduğunu deyən qızı bütün sevdiklərindən dua istəyib.