Xəbər verdiyimiz kimi, "BMW" markalı avtomobiin sürücüsü velosipedlə hərəkətdə olan yeniyetməni vurub.

"Unikal"  hadisə anının görüntülərini əldə edib.

Belə ki, BMW markalı 99-FN-105 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü əks hərəkət zolağına çıxaraq yolun orta hissəsində hərəkətdə olan velosipedçini vurub və daha sonra yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində 2012-ci il təvəllüdlü velosipedçi aldığı bədən xəsarətlərində hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.