Şərif Ağayar AYB-ni irtica yuvası adlandırdı
21:33 05-06-2013
CƏMİYYƏT
Şərif Ağayar AYB-ni irtica yuvası adlandırdı
Və qovuldu
Şərif Ağayar AYB üzvlüyündən xaric edilib. Qalmaqal AYB katibi, xalq şairi Fikrət Qocanın öz yaradıcılığı və birinci katib kimi işləri haqda açıqlamasından sonra yaranıb. Şərif Ağayar isə onun fikirlərinə kəskin şəkildə etiraz edib.
"Fikrət Qoca hələ ölməyib? Mən elə bildirdim o çoxdan ölüb. Çox sevinərəm ki, AYB-nn gördüyü yarıtmaz işlərinin hamısını Fikrət Qoca görmüş olsun, başqaları gözümüzdən düşməsin. O deyir ki, AYB-nin problemlərini həll edir. Hə, düz deyir. Yazıçılara verilən evdən biznesmen oğluna evi ola-ola təzədən bir ev də Fikrət Qoca verib. Oğlu da açıqlama verib ki, sağ olsunlar, amma mənim bu evə ehtiyacım yox idi. Fikrət Qoca oturduğu kresloda işləri belə həll edir. Əgər həqiqətən də ölməyibsə, bir gün ondan vaxtı ilə Azərbaycan Yazıçılar Birliyinin balansında olan və sonralar varlı, pullu şirkətlərə, təşkilatlara satılan obyektlərinin sayını soruşacaqlar. Gözdən pərdə asmasın, ayıbdır. Qoca kişidir, gedib tövbə edib, namaz qılsın".Bu açıqlama nəticəsiz qalmadı. AYB-də keçirilən iclasda qurumun sədri onu üzvlükdən xaric edib. Şərif Ağayarın özü isə olayı bu cür dəyərləndirir: "O irtica yuvasından uzaqlaşdırıldığım üçün sevinirəm. Mən Anarın ədəbi inhisarının yanında heç vaxt olmamışam. Ümidvaram ki, bütün mütərəqqi insanlar bu hadisəyə görə məni qiymətləndirəcəklər". Fikrət Qoca Şərif Ağayarın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. Açıqlama verən xalq şairi Ş. Ağayarın onu təhqir etdiyini söylədi: "Tərbiyəsi olan, özünü yazıçı hesab edən adam bu qədər yalan danışmaz. Oğlum 8 ildir işləmir. Üstəlik, onun kitabları çıxıb, 1995-ci ildən Yazıçılar Birliyinin üzvüdür. 6 nəfərlə 30 kvadrat metr evdə yaşayır. Oğlum vəziyyətini yaxşılaşdırmaq üçün növbəyə durub. Şərif Ağayar deyir ki, Fikrət Qoca Yazıçılar Birliyinin obyektlərini satıb. Yazıçılar Birliyinin obyektləri var? Məhkəməyə müraciət etsəm nə cavab verəcək? Atası yerində kişiyəm, danışan zaman bir fikirləşsin ki, nə danışır".
Sonda F. Qoca Ş. Ağayarın ona görə Yazıçılar Birliyindən çıxarılmasına təəssüfləndiyini söylədi.
Mahir
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00