İsrail ordusunun Livanın cənubundakı sərhəd bölgəsini qadağan olunmuş ağ fosfor bombası ilə vurduğu iddia edilib.
"Unikal" xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi "NNA" məlumat yayıb.
Bildirilib ki, İsrail ordusu sərhəd bölgəsindəki Hiyam qəsəbəsi və Marcayun rayonu düzənliyini ağ fosfor artilleriya atəşi ilə hədəfə alıb. İsrail artilleriya bölmələrinin Kfarkilla və Deyrmimas arasındakı Hora bölgəsini ağır artilleriya atəşi ilə vurduğu da qeyd olunub.
İsrail ordusu isə açıqlamasında Hizbullahın Xiyam, Ramya və Alma əş-Şaab qəsəbələrindəki hədəflərinin və müşahidə məntəqələrinin döyüş təyyarələri ilə bombalandığını bildirib.
Zərifə Nağıyeva