Azərbaycan enerji təhlükəsizliyinin qarrantı rolunda
20:49 06-06-2013
CƏMİYYƏT
Azərbaycan enerji təhlükəsizliyinin qarrantı rolunda
Yeni mərhələyə start verilir
TAP (TransAdriatik Pipeline) boru kəməri konsorsiumu "Şahdəniz" konsorsiumuna rəqabət qabiliyyətli təklif verib.Bunu TAP-ın icraçı direktoru Kjetil Tunqland deyib.
Onun sözlərinə görə, bu təkliflər "Şahdəniz"in şərtləri ilə üst-üstə düşür: "Ona görə də düşünürəm ki, TAP-ın seçilmək şansları çox yaxşıdır".
K.Tunqland qeyd edib ki, mart ayında sözügedən layihə ilə bağlı tədqiqatlar başa çatıb: "Bu sənəd toplusu kəmərin harada və necə tikiləcəyini müəyyənləşdirir. Yəni "Şahdəniz" konsorsiumunun əlində qərar qəbul etmək üçün bütün zəruri sənədlər var".
Qeyd edək ki, "Şahdəniz" konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı yataqdan hasil edilən qazı Avropaya daşımaq təklifi vermiş iki boru kəməri konsorsiumu - "Nabucco" Qaz Boru Kəməri ("Nabucco Gas Pipeline International") və TransAdriatik Boru Kəməri (TAP) arasında seçim edəcək və iyunun sonunda qərarını açıqlayacaq. "Şahdəniz-II" layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. "Şahdəniz-II" layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9 mlrd. kubmetr qaza ildə 16 mlrd. kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir.
Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən "Şahdəniz" yatağının ikinci mərhələdə işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 km uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə ildə 16 mlrd. kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. "Şahdəniz" qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.
Bu arada "BP-Azerbaijan" şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇQ) yataqlar blokunda hasilatın sabitləşdirilməsi üçün nəzərdə tutulan tədbirləri - 7 əsas fəaliyyət istiqamətini açıqlayıb. Bura, yeni quyuların qazılması, laylarda təzyiqin azalmasının idarə olunması, quyuların idarə edilməsi və sistemin optimallaşdırılması, lay suları və qumların idarə edilməsi və s. aiddir. Bunu Bakıda keçirilən beynəlxalq neft-qaz konfransındakı çıxışında "BP-Azerbaijan"ın prezidenti Qordon Birrel bildirib.
Onun sözlərinə görə, bu tədbirlərin həyata keçirilməsi üçün iri məbləğdə investisiyalar tələb olunur. Bu sahələrə 2013-cü ildə və sonrakı dövrdə hasilatın sabitləşdirilməsini dəstəkləmək üçün mühüm əhəmiyyət kəsb edir və həlledici əhəmiyyət daşıyır.
"BP-Azerbaijan" rəhbəri bildirib ki, indiyədək görülmüş tədbirlər nəticəsində ilin əvvəlindən indiyədək "Azəri-Çıraq-Günəşli" yataqlarında hasilat sabitləşdirilib və hazırda orta gündəlik neft hasilatı 666 min barel təşkil edir. Lakin hasilatı təhlükəsiz və etibarlı şəkildə davam etdirmək məqsədilə BP növbəti ildən başlayaraq qurğularında müntəzəm texniki xidmət və profilaktik işlər aparmağı planlaşdırır: "Bu hallar bizim sənayedə geniş yayılan təcrübədir və dövrü profilaktik xidmət neft və qaz sənayesində danılmaz faktdır. Onlar hasilata qısa müddətdə təsir edir, aşağı salır, amma əməliyyatların uzunmüddətli olmasına yardım edir və uzun müddətə yaxşı nəticələri təmin edir. Bütün dünyada 40-dan artıq nəhəng yatağın operatoru və dünya miqyaslı təcrübəyə malik olan BP şirkəti olaraq inanırıq ki, bu nəhəng yatağın işlənməsinin optimallaşdırılması şirkətimizin texnologiyalarından istifadə olunması ilə sıx bağlıdır".
"Bir daha vurğulamaq istəyirəm ki, hasilatın sabitləşdirilməsi və layın bitirmə əmsalının optimallaşdırılması üzrə düzgün planlar tərtib edilib. Həmçinin, Xəzərə indiyədək gətirdiyimiz və bunddan sonra da gətirməyə davam edəcəyimiz müvafiq texnologiyaları tətbiq edəriksə və bunlar lay təzyiqinin tükənməsi üzrə optimal işləmə planları ilə birlikdə görülərsə, AÇQ dünya səviyyəli yataq kimi qarşıdakı illərdə də Azərbaycana və tərəfdaşlarına töhfə verəcək", - deyə Q.Birrel vurğulayıb.
Fuad
Digər Xəbərlər
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00
2024-12-28 15:56:23
2024-12-28 15:49:24
2024-12-28 15:31:12
2024-12-28 15:28:26