“Unikal” üç yaşını qeyd edir
20:54 06-06-2013
CƏMİYYƏT
“Unikal” üç yaşını qeyd edir
Asəf Rzayev:” Dədələrini tanımayanları üstümüzə göndərib, üzümüzə qoyaraq
şərləməyə qədər problemlə üzləşmişik”
Son illər Azərbaycanda söz azadlığının,azad mətbuatın formalaşması prosesi gedir və artıq kifayət qədər maraqlı nəticələr ortaya çıxmaqdadır. Müasir texnologiyanın inkişaf etdiyi bir zamanda, rəqabət yükünün artdığı məqamda azad mətbu orqan kimi fəaliyyət göstərmək isə sözsüz ki, çətindir.
Məhz bu çətinlik ərəfəsində,üç il bundan öncə iyun ayının altısında Azərbaycan mətbuatına “Unikal” qəzetidə qoşuldu.Bu gün isə “Unikal”qəzeti böyük sevinc hissiylə üç illiyini qeyd edir.Təbii ki,bununda bir özünəməxsusluğu var ki,həmin gün qəzetin ilk sayı işıq üzü görüb. Bu gün üç yaşını qeyd edən “Unikal”qəzetinin baş redaktoru Asəf Rzayevin münasibətini öyrənmək bizim üçündə maraqlı idi.O,bizimlə söhbətində bildirdi ki,”İlk növbədə mən “Unikal” kollektivini təbrik etmək istəyirəm.Açığı üç il bundan əvəll mətbuat aləminə qədəm qoyan bu qəzet sözün əsl mənasında mətbuata bir müstəqillik gətirdi.Az bir müddətdə”Unikal” oxucu auditoriyası toplaya bildi. Demək olar ki,bu gün öz oxucuları hesabına addımlayan “Unikal” sabahda öz oxucularına güvənərək yoluna davam edəcək.Bilirsiniz ,bu gün deyə bilərəm ki,qəzetin gündəlik satışından əlavə, abunə yazılanların sayı artıq 400-ü keçib.Bu bizim üçün böyük göstəricidir ki,oxucu “Unikal”a həvəslə yanaşır və onu oxuyur .Təbii ki,bu gün məndə ,kollektivdə oxuculara minnətdarıq”.Baş redaktor daha sonra “Unikal”ın keçdiyi həyat yolundanda danışdı:-”Açığı qəzetçiliyin nə qədər çətin bir peşə olmasını yalnız əzabkeşli qələm yoldaşlarımız daha yaxşı başa düşər. Bəzən insanlara asan gəlir ki, əşi nədiki qəzet çıxartmaq?.Daha fikirləşmirlər ki, səhər saat 9-dan kompyuter arxasında əyləşir,gecə yarısına qədər xəbər üzərində çalışır,oxucuları maraqlandıracaq reportajlar hazırlayır, müxtəlif insanlardan müsahibələr götürür və bütün bunları peşə əxlaqını,dövlətçilik prinsiplərini qoruyaraq həyata keçirirsən.Bunu da qeyd edim ki, cənab prezident İlham Əliyev söz azadlığına,mətbuata nə qədər hörmətlə yanaşırsa,bir sıra məmurlar da bir o qədər azad sözə düşməncəsinə yanaşır,bəzən adi bir sorğuya aylarla cavab vermirlər. Nəticədə bir jurnalist olaraq öz qaynaqlarını işə salmalı, lazımi xəbəri başqa yollarla əldə etməli olursan. Budur qəzetin,qəzetçiliyin çətinliyi. Açığı arxada qoyduğumuz illər təbii ki, mənim üçündə asan olmayıb.Necə ki,sözün əsl mənasında müstəqil bir qəzet bu gün ayaq üstə durursa bunun özü bir qəhramanlıqdır.Çün ki,bu gün harınlamış məmurların “Unikal”ı məhkəmələrə vermələrindən tutmuş,dədələrini tanımayanları üstümüzə göndərib üzümüzə qoyaraq şərləməyə qədər problemlə üzləşmişik.Təbii ki,əgər bu gün “Unikal” müxalifətin satqınları haqqında yazırsa ,iqtidarın harınlamış məmurlarının maskasını cırırsa belə haqsızlıqlarla da qarşılanmalıyıq və qarşılaşırıqda.Bu gün demək olar ki,ölkədə müstəqil qəzet az qalıb.Hərəsi bir oliqarxın cətri altında rəqs edir.”Unikal”ın bir sifəti var, hər zamanda belə olacaq,yoluna belədə davam edəcək“. Qəzetin gələcək planları barədə də bizimlə söhbətləşən Asəf Rzayev bunları bildirdi ki,”Sizdə ,məndə bilirik ki,inkişaf üçün maliyyə vacib şərtdi.Təbii ki,mənimdə layihələrim var, amma maliyyə sıxıntılarımla bağlı hələki heç bir tədbir görmürük .İnşallah qismət olarsa planlarımızı həyata keçirdəcəyik. Bu gün Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün qəzetlərə yardımlar ayırır və inanırıq ki, ölkədə söz sahibi olan,informasiya daşıyıcılığı qabiliyyəti olan “Unikal” qəzeti də bu imkandan yararlana biləcək və nəticədə qarşımıza qoyduğumuz məqsədlərə nail olmaqla,Azərbaycan mətbuatının inkişafına öz tohfələrimizi verə biləcəyik”. Sonda baş redaktor oxucularıda “Unikal”ın üç yaşı tamam olması münasibətiylə təbrik etdi,onlara hər zaman ölkədə və dünyada ən son xəbərləri “Unikal”dan izləməyi tövsiyyə etdi.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34