Oqtay Əsədov Avropa Parlamentini “tələsik qərarlar” verməməyə ÇAĞIRIB
21:31 09-06-2013
CƏMİYYƏT
Oqtay Əsədov Avropa Parlamentini
“tələsik qərarlar” verməməyə ÇAĞIRIB
Milli Məclisin sədri Azərbaycanda insan haqlarına dair qəbul etdiyi bir sıra qərarların ətraflı araşdırmalar aparılmadan qəbul edildiyini bildirib
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyətinin Belçika Krallığının paytaxtı Brüsselə rəsmi səfəri davam edir.
Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Rövşən Rzayev, Fuad Muradov, Sahibə Qafarova, Asim Mollazadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Dostluq Qrupu
ilə görüş
Brüsselə rəsmi səfər Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşarla görüşlə başlay;b. Görüşdə əsas mövzu parlamentlərarası əlaqələrin müzakirəsi olub.
Filip Blanşar parlamentlərarası münasibətlərin uğurla inkişafından məmnunluğunu ifadə edib. Dostluq qrupunun rəhbəri ölkəmizə səfəri zamanı Azərbaycanın yüksək iqtisadi inkişafından heyrətləndiyini söyləyib. O, qeyd edib ki, Azərbaycanda mövcud olan dini tolerantlıq bu gün Avropa dövlətləri üçün də nümunə ola bilər. Komitə sədrinin fikrincə, Azərbaycan həqiqətləri, ölkənin nail olduğu yüksək inkişaf dinamikası barədə Avropada hələ də obyektiv təsəvvür yoxdur. Bu məqsədlə Filip Blanşar ölkə parlamentində dinləmələr təşkil etdiyini diqqətə çatdırıb.
Söhbətdə Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan-Belçika əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, digər sahələrdə olduğu kimi, parlamentlər səviyyəsində də münasibətlərimiz uğurla davam etdirilir. Spiker deyib ki, Azərbaycan regionda iqtisadi və siyasi cəhətdən lider dövlətdir. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Milli Məclisin sədri problemin həllinə dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin icra olunmamasını vurğulayaraq söyləyib ki, bu münaqişə regionda həyata keçirilən iqtisadi layihələr üçün arzuolunmazdır. Ancaq bütün maneələrə baxmayaraq, Azərbaycanın inkişafı göz önündədir. Qürurverici faktdır ki, bu gün ölkəmiz beynəlxalq səviyyəli forumlara ev sahibliyi edir.
Belçika Parlamenti Nümayəndələr
Palatasının sədri
Andre Flao ilə görüş
Daha sonra Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Parlamenti Nümayəndələr Palatasının sədri Andre Flao ilə görüşüb. Görüşdə Milli Məclisin sədri qeyd edib ki, bu gün Azərbaycan müstəqil siyasət aparır və ölkəmiz üçün Avropaya inteqrasiya prioritet sahələrdəndir. Azərbaycan-Belçika əlaqələrinin genişlənməsindən söz açan Spiker dövlətlərimiz arasında imzalanmış sənədlərin ratifikasiya olunmasının vacibliyini vurğulayıb. Söhbətdə Azərbaycanın nəhəng enerji layihələrinin reallaşdırılmasında və Avropanın enerji təminatındakı mühüm rolundan danışılıb.
Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun bu illər ərzində real nəticə əldə etmədiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkəmiz münaqişənin sülh yolu ilə həllinə inamını hələ itirməyib və bu yöndə səylərini davam etdirir. Lakin buna baxmayaraq, BMT TŞ, AŞPA, ATƏT PA tərəfindən qəbul edilən sənədlər hələ də icra olunmayıb. Münaqişəyə dair qəbul edilən sənədlərin reallaşması üçün səylər artırılmalıdır.
Görüşdə Belçika Krallığının regionlarının nazirləri də iştirak ediblər.
Senatın sədri ilə görüş
Səfər çərçivəsində Belçika Senatının Sədri xanım Sabina de Betkinlə keçirilən görüşdə Azərbaycan parlamentinin Sədri Oqtay Əsədov qarşılıqlı əlaqələrin inkişafından, parlamentlərarası əməkdaşlığın genişləndirilməsindən söz açıb. Bildirilib ki, Avropaya inteqrasiya yolu tutmuş Azərbaycan bu istiqamətdə mühüm addımlar atıb.
Avropa
Parlamentində görüş
Səfər zamanı Milli Məclisin sədri Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brokla görüşüb. Komitə sədri bu yaxınlarda Azərbaycana etdiyi səfəri məmnunluqla xatırladıb.
Milli Məclisin Sədri Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair qəbul etdiyi bir sıra qərarları xatırlayaraq qeyd edib ki, ətraflı araşdırmalar aparılmadan qəbul edilən bu sənədlər ölkə ictimaiyyətinin haqlı narazılığına səbəb olur.
”Bu kimi məsələlərin ilkin olaraq Avronest PA-da müzakirəsi və yalnız bundan sonra hər-hansı bir qərarın verilməsi, zənnimizcə, daha ədalətli olardı”.
Avropa Parlamentinin komitə sədri bildirib ki, Azərbaycandan fərqli olaraq digər dövlətlərlə bağlı qurumda daha sərt qərarlar qəbul olunur. Görüşdə qeyd olunub ki, Azərbaycan və Avropa təsisatları arasında əməkdaşlıq uğurla inkişaf edir və müsbət nəticələr əldə olunub. Hər iki tərəf əməkdaşlığın daha da genişlənməsində maraqlıdır. Bu baxımdan “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində həyata keçirilən tədbirlər olduqca önəmlidir.
Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri - millət vəkilləri Çingiz Əsədullayev, Sahibə Qafarova, Rövşən Rzayev və Fuad Muradov Belçika Krallığının Flaman və Volonya regionlarının parlament rəhbərləri ilə də görüşlər keçiriblər.
Deputatlarımız Azərbaycana böyük maraq göstərən belçikalı həmkarlarına ölkəmizdə gedən sürətli iqtisadi inkişaf, eləcə də siyasi proseslər barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, bu gün Azərbaycan tolerantlıq nümunəsi kimi dünyaya örnək ola bilər. Ölkədə gender siyasəti uğurla həyata keçirilir.
Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan millət vəkilləri Ermənistanın münaqişənin həllinə dair tutduğu qeyri-konstruktiv mövqeyini qarşı tərəfin diqqətinə çatdırıblar.
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17