Dağlıq Qarabağ məsələsi yenidən gündəmə gəldi
21:32 09-06-2013
CƏMİYYƏT
Dağlıq Qarabağ məsələsi yenidən gündəmə gəldi
Eixan Şahinoğlu: ”ATƏT-in Minsk qrupunun formatı mütləq dəyişdirilməlidir“
Məlum olduğu kimi son zamanlar Dağlıq Qarabağ məsələsi yenidən gündəmə gəlib və güclər arasında bu məsələ ciddi müzakirə olunmaqdadır. Hazırda bu istiqamətdə ciddi aktivlik göstərən tərəflərdən biri də ABŞ-dır.
Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ səfəri zaman bu bir daha təsdiqləndi və aydın oldu ki, ABŞ problemin həlli üçün iddialıdır və çox böyük ehtimal ki, prezident seçkilərindən sonra bu məsələ ilə bağlı konkret addımlar atılacaq. Elə ABŞ-in Azərbaycandakı keçmiş səfiri Metyu Brayzın son açıqlaması da bunu təsdiqləyir. “Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəqqi yoxdur. Amma bu o demək deyil ki, ATƏT-in Minsk qrupunun həmsədrləri səylər göstərmirlər”. Bu fikirləri jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza verib.O bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri bir-birinə etibar etmirlər: “Bu etibarı kimsə yaratmalıdır. Bunu yaradan Barak Obama administrasiyası da ola bilər, dövlət katibi Con Kerri də ola bilər. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında səylərini artırması ilk növbədə Minsk Qrupuna daimi həmsədr təyin etməsi ola bilər. Bundan sonra Con Kerri münaqişənin nizamlanması prosesində daha önəmli rol oynaya bilər”.Diplomat seçkilərə qədər münaqişənin nizamlanma prosesində irəliləyiş gözləmədiyini deyib. Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə danışan Metyu Brayza bildirib ki, seçkilərdə Azərbaycan seçicisinin gözləntilərinin özünü doğruldacağına ümid edir: “Ümidvaram ki, ATƏT və digər beynəlxalq qurumlar bu seçkiləri ən demokratik və şəffaf seçkilər elan edəcək”.Maraqlıdır, daimi həmsədrin təyin olunması proseslərə necə təsir edə bilər? “Unikal”a açıqlama verən politoloq Elxan Şahinoğlu hesab edir ki, həmsədrlərin daimi olması prinsipcə məsələyə hansısa formada müsbət təsir etməyəcək. Çünki 1990-cı illərin əvvəlində həmsədrlər daimi idi. Amma ortada heç bir nəticə yoxdur. Politoloq bunu da bildirir ki, həmsədrlərin tez-tez dəyişməsi də effektli variant deyil. Çünki yenidən fəaliyyətə başlayan həmsədr ən azından bir neçə ay ərzində problemin incəliklərini öyrənməli olur ki, buda vaxt itkisi deməkdir. Amma politoloq hesab edir ki, əsas diqqət ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə yönəlməlidir:-“ATƏT-in Minsk qrupunun formatı mütləq dəyişdirilməlidir. Məsələn, mən düşünürəm ki, ATƏT-in Mink qrupuna ilk növbədə Türkiyə daxil edilməlidir. Hazırda bu qrupda balans pozulub və bunu yalnız Türkiyəni bu quruma daxil etməklə yoluna qoymaq olar. Bundan başqa Avropa Birliyinin də bir nümayəndəsi mütləq həmsədrlər institutuna daxil edilməlidir”. Ekspertlər bunu da bildirir ki, ümumiyyətlə ATƏT-in bu məsələdə sorumlu olması effektsizdi və məsələ daha ciddi təşkilatlara həvvalə edilməlidir. Bunun üçün isə sözsüz ki, zamana ehtiyac var.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17