Qərib Məmmədovun gizli narazılığı
21:33 09-06-2013
CƏMİYYƏT
Qərib Məmmədovun gizli narazılığı
Komitə sədri vəzifəsini itirəcəyi ilə barışıb
Bölgələrə ezam olunan məmurlar arasında adının olmaması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovda narazılıq yaradıb. Bu barədə redaksiyamıza məlumatlı mənbə bildirib.
Mənbə xatırladıb ki, bölgələrdə günü-gündən artan xalq narazılıqlarını ört-basdır etmək üçün iri məmurlar rayonlara səfərlərə başlayıblar. Bu, anlaşılandır. Belə ki, yerli məmurlar mərkəzi hakimiyyət üçün gec partlayan minalar rolunu oynayırlar. Rəhbərlik etdikləri bölgələri şəxsi mülkiyyətləri hesab edən yerli məmurlar seçki öncəsi hakimiyyət üçün kifayət qədər problem yarada bilərlər: “Amma məsələ burasındadır ki, yerlərdə əhalinin narazılığını yatışdırmaq üçün düşünülən bu plan, hakimiyyətin öz daxilində narazılıq yaradıb. Rayonlara ezam olunmaq tapşırığı almayan bəzi yüksək çinlilər bunu xoş qarşılamayıblar”.
Mənbə deyib ki, belələrindən ən birincisi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədridir: “Qərib Məmmədov onun da rayonlara ezam olunacağını gözləyirmiş. Bu, ona iqtidar içindəki əvvəlki nüfuzunu və ölkə rəhbərliyinin ietimadının davam etdiyini təsdiqləmək baxımından vacib idi. Amma Qərib Məmmədovun gözləntisi reallaşmayıb və o, aşkar nümayiş etdirməsə də, bu vəziyyətdən xeyli narazıdır”.
Bölgələrdə torpaq islahatı zamanından çox sayda problemlərin qaldığını və bu mənada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinin rayonlara ezam edilənlər arasında olmasının xeyli məntiqli göründüyünü diqqətə çatdıran mənbə əlavə edib: “Ancaq bu baş verməyibsə, ilk ağılagələn səbəb artıq Qərib Məmmədovun karyerası ilə bağlı siyasi qərar verildiyinin qətiləşməsidir. Görünür ki, onun prezident seçkilərindən sonra formalaşdırılacaq yeni hökumət komandasında yer almayacağı dəqiqdir və bu səbəbdən artıq komitə sədrinin ön plana çıxarılmasına ehtiyac görülmür”.
Mənbənin sözlərinə görə, böyük ehtimalla Qərib Məmmədov da bunu bilir və narazılığını açıq nümayiş etdirərək durumunun daha da qəlizləşməsini istəmir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17