Şəkidə minik avtomobili idarəetmədən çıxaraq aşıb.

"Unikal" xəbər verir ki, hadisə Oraban kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 25 yaşlı Teymur Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan Bakı şəhər sakini, 40 yaşlı Günay Baxşəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sürücüyə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.