Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi 2024-cü il Amerika Kubokunun karyerasında sonuncu olacağını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə futbolçu xarici KİV-ə açıqlayıb. 

"Reallıq budur ki, Copa America finalına çıxmaq bizim üçün çətin idi, çünki komandalar həmişəkindən daha bərabər oynayırlar. Bu, mənim üçün sonuncu Amerika Kubokudur. İndi mən bu turnirdə son oyunumu keçirəcəm", - deyə Messi qeyd edib. 

Argentina millisi Amerika Kubokunun finalında Kolumbiya millisi ilə oynayacaq. Turnirin final oyunu iyulun 15-nə təyin edilib. 

Ağarza Elçinoğlu