Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq yarışında fəxri kürsüyə qalxıblar.
"Unikal" xəbər verir ki, İbrahim Mustafazadə, Əli Niftəliyev və Fərhad Vəliyev komanda hesabında yüksək nəticə əldə edərək bürünc medal qazanıblar.
Ötən gün start götürən turnirə iyulun 13-də yekun vurulacaq.