Fransa millisinin hücumçusu Kilian Mbappenin ailəsi Fransanın “Kaen” futbol klubunu almaqda maraqlıdır. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"Mbappe klubu almaq prosesindədir. Ailə kapitallarını Amerika şirkəti kimi artırmağı gözləyirlər",- məlumatda deyilir.

Qeyd edək ki, Mbappe uşaqlıqda "Kaen"in akademiyasında təhsil alıb. Klub hazırda Fransa Liqa 2-də oynayır, komanda ardıcıl altıncı mövsümdür Fransanın ikinci divizionunda mübarizə aparır.

Ağarza Elçinoğlu