Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 2024-2025-ci tədris ili üçün bəzi ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir.
"Unikal" xəbər verir ki, həmin ixtisaslar aşağıdakılardır:
* 050404 İqtisadiyyat
* 050402 Mühasibat uçotu və audit
* 050408 Marketinq
* 040503 Maliyyə
* 040510 Dövlət və bələdiyyə idarəetməsi
* 050807 Sosial iş
Təkrar ali təhsilə müraciət etmək üçün https://portal.edu.az/ saytından qeydiyyatdan keçərək müvafiq sənədləri təqdim etmək olar.
https://portal.edu.az/ saytında qeydiyyatdan keçənlərlə qısa müddətdə (on beş iş günündən gec olmayaraq) əlaqə yaradılır. Elektron qaydada yerləşdirilmiş sənədlər müvafiq tələblərə cavab verərsə müraciətçi təkrar ali təhsil almaq hüququ qazanır. Təkrar ali təhsil almaq üçün müraciət edənləri maraqlandıran bütün suallar vaxtında və ətraflı cavablandırılır.
Təkrar ali təhsil üçün sənəd qəbulunun son tarixi 31.08.2024-cü ildir.
Telefonlar: 563-13-07, 563-15-40
E-mail ünvanı: [email protected]
Ünvan: AZ 1130, Bakı şəhəri, Azadlıq prospekti 181.