“Kəpəz” komandası futbolçusu ilə müqaviləni yeniləyib.

Klubun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Əli Səmədovla sözləşmənin müddəti uzadılıb.

Gəncə futbol məktəbinin yetirməsi ilə "1+1" illik müqavilə imzalanıb. 27 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "sarı-göylər"in şərəfini qoruyur.