Rüstəm İbrahimbəyovun ifşasına başlanıldı
21:02 11-06-2013
CƏMİYYƏT
Rüstəm İbrahimbəyovun ifşasına başlanıldı
O, seçimini etməyə məcburdur
Artıq Milli Şuranın prezidentliyə vahid namizədinin Rüstəm İbrahimbəyov olması təsdiqini tapmaq üzrədir. Hazırda Müsavat başqanı İsa Qəmbər istisna olmaqla yerdə qalan əsas aktivistlər onun namiəzdliyini ictimailəşdirməyə başlayıblar.
Çox maraqlıdır ki, Rüstəm İbrahimbəyovun namizədliyi üzərində əsasən Rusiyaya bağlılığı olan qüvvələr dayanır. Bu sırada əsasən Eldar Namazovla, Leyla Yunusun adını çəkmək olar. Amma onların gücünü artıran və fəaliyyət imkanlarını genişləndirən başqa bir gücdə AXCP oldu. İsa Qəmbərin vahid namizəd olmasını əngəlləyən AXCP sədri Əli Kərimli Rüstəm İbrahimbəyovun namizədliyinə dəstək oldu. Maraqlıdır, İsa Qəmbər necə Rusiya layihəsinin sona qədər reallaşmasına dəstək olacaqmı? Ekspertlər bildirir ki, əslində Müsavat bu gün gözləmə mövqeyində durub və Rusiya kartının tam açıqlanmasını gözləyir. Elə Rüstəm İbrahimbəyovun göndərdiyi müraciətə də ilk etiraz edən İsa QƏmbər oldu. Belə ki, Rüstəm İbrahimbəyov müraciətində açıq şəkildə Rusiyaya dəstək verən addımlar atmışdı və İsa qəmbər onda buna etiuraz edərək bəyan etdi ki, onlar Avropaya inteqrasiyanın tərəfdarıdırlar və gələcək fəaliyyətlərində də buna üstünlük verəcəklər. Demək olar ki, bu münasibətlərdə ilk ziddiyət idi və ziddiyətin daha da dərinləşməsi gözlənilir. Müsavat partiyasıda hazırda digər qüvvələrində Rusiya kartını qabartmalarını gözləyir və ilk konkret açıqlama ADP-dən gəldi. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Şuranın sədri Rüstəm İbrahimbəyova ünvanlanan şərtlərini açıqlayıb. ADP sədrinin iki şərti var: “Əgər Milli Şura Rusiya lahiyəsi olmasa, həqiqətən milli qüvvələrin birliyi kimi ortaya çıxsa, biz kənardan da olsa dəstək verməyə hazırıq. Amma bizim üçün bir çox suallar açıq qalıb. Şərtimiz budur ki, Rüstəm İbrahimbəyov seçkilər bitənə kimi Rusiyadan çıxıb Avropa ölkələrindən birində yaşasın. Həm də Milyarderlər İttifaqından çıxmalıdır. Bu qurum Rusiyada yaşayan azərbaycanlıların problemləri ilə məşğuldur. Azərbaycana prezident olmağa iddialı olan adamın bu proseslərdə iştirakı düzgün deyil. Rüstəm İbrahimbəyov şəxsən özü bu iki şərtə əməl etsə, biz kənardan da olsa Milli Şuranı dəstəkləyəcəyik. Amma bu addımlar atılmadığı təqdirdə, bizim də, cəmiyyətin də Milli Şuranın Rusiyanın layihəsi olması ilə bağlı narahatlığımız qalacaq. Və biz bu şuranın fəaliyyətində yaxından iştirak edə bilməyəcəyik”.Həqiqətən də Sərdar Cəlaloğlunun ortaya qoyduğu arqumentlər aktualdır və Rüstəm İbrahimbəyov bu istiqamətdə addımlarını atmalıdır. Bundan başqa Milli Şuranın belə bir taktika seçməsi beynəlxalq güclər tərəfindən necdə qəbul olunacaq? Xatırladaq ki, Milli Şura hesab edir ki, prezidentliyə vahid namiəzd müəyyənləşdirilsin və bundan sonra seçkilərdə qələbə qazanarlarsa iki illik keçid höküməti yaradılsın və iki ildən sonra yenidən prezident seçkiləri keçirilsin. Ekspertlər hesab edir ki, beynəlxalq güclər belə bir modelə heç bir halda üstünlük verməyəcəklər. Çünki burda kifayət qədər müəammalar var və qərbin enerji təhlükəsizliyini təmin edən bir ölkədə sözün həqiqi mənasında siyasi sahibsizliyin olmasını qəbul etmək mümkün deyil. İki ildən sonra hakimiyyətə kimlər gələcək? İki il ərzində Azərbaycan tutduğu siyasi xəttə sadiq qalacaqmı? Gördüyünüz kimi kifayət qədər suallar var və suallara cavab vermək mümkün deyil. Buna görə də müxalifətin tutduğu yol heç bir şəkildə qəbul olunmayacaq. Bu isə o deməkdir ki, müxalifət artıq indidən seçkiləri uduzmuş sayıla bilinər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 09:33:13
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17