Ukrayna NATO-ya daxil olması nəzərdə tutulan 2034-cü ildə artıq mövcudluğunu dayandıra bilər
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev deyib.
"Əbəs yerə deyil ki, NATO-nun baş katibi Stoltenberq bu yaxınlarda açıq şəkildə deyib ki, o, Ukraynanın alyansa daxil olmasını yaxşı ssenari hesab edir... 2034-cü ildə, yəni heç vaxt", - siyasətçi bildirib.
Medvedev izah edib ki, o vaxta qədər NATO-ya üzv ölkələrin liderləri öz mövqelərindən gedəcəklər, bəziləri isə bu dünyada olmayacaq.
Ağarza Elçinoğlu