"Wall Street Journal"ın müxbiri Evan Gerşkoviç Rusiyada 16 il müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edilib.
"Unikal" xəbər verir ki, bu barədə Sverdlovsk vilayət məhkəməsi qərar qəbul edib.
Məhkəmə ABŞ vətəndaşını casusluq ittihamı ilə təqsirli bilib. Müstəntiqlərin fikrincə, Gerşkoviç “MKİ-nin göstərişi ilə “Uralvaqonzavod” müdafiə müəssisəsinin hərbi texnika istehsalı və təmiri sahəsində fəaliyyəti haqqında məxfi məlumatlar toplayıb.
O, günahını etiraf etməyib.
Xatırladaq ki, jurnalist 2023-cü ilin martında Nijni Taqilə səfər etdikdən sonra Yekaterinburqda saxlanılıb. Həbsdən sonra jurnalist Moskvaya aparılaraq Lefortovo istintaq təcridxanasına yerləşdirilib.
Ağarza Elçinoğlu