Polşa Ukraynaya F-16 qırıcılarını verməyəcək.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinə yaxın mənbə məlumat yayıb.
Bundan əvvəl Volodimir Zelenski Polşanın baş naziri Donald Tusk ilə görüşdən sonra Polşa hökumətindən Kiyevə F-16 qırıcılarını tez bir zamanda qəbul etməyə imkan verəcək müsbət qərar aldığını bildirmişdi.
“Biz Polşa F-16 qırıcılarının təhvil verilməsindən danışmırıq, onlar ölkədə qalır və Polşa səmasını qoruyurlar”, - Polşanın bəyanatında deyilir.
Qeyd edək ki, Danimarka, Norveç, Hollandiya və Belçika Ukraynaya 60-dan çox F-16 verməyi planlaşdırır.