“Barselona” Joao Kanselo ilə bağlı “Mançester Siti” ilə danışıqlara start verib.
"Unikal" xəbər verir ki, katalonların yeni baş məşqçisi portuqaliyalı futbolçunun komandada qalmasını istəyir.
Ötən mövsümü icarə əsasında "Barselona"da keçirən Kanselonun tam hüquqlu transferi edilməsi planlaşdırıb. Hans Flik rəhbərlikdən onun keçidinin həll edilməsini istəyib. Joao komandanın heyətində 42 oyunda 4 qol və 5 ötürmə verib.
Qeyd edək ki, portuqaliyalı müdafiəçinin “şəhərlilər”lə 2027-ci ilin yayına kimi müqaviləsi var. Onun transfer qiyməti 30 milyon avro dəyərləndirilir.